
Qırğızıstanda müxalifət partiyası növbəti seçkilərdə namizədini müəyyənləşdirib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qırğızıstanda müxalifət partiyasının növbəti seçkilərdə namizədi Qırğızıstanın sabiq baş naziri, “Ak-Şumkar” partiyasının lideri Temir Sariyevdir.
Qeyd edək ki, 2017-ci ilin sentyabrında Qırğızıstanda növbəti dəfə prezident seçkisi keçirilicək.
Xatırladaq ki, 2015-ci il aprelin 30-dan 53 yaşlı T. Sariyev Qırğızıstanın baş naziri vəzifəsinə təsdiqlənib. Haqqında çıxan vəzəfə səlahiyyətlərindən sui-istifadə iddialarının ardından T. Sariyev 2016-cı il aprelin 11-də istefa verib.
Anar
Gununsesi.info