Qırğızıstanda növbədənkənar Joqorku Keneş (yerli parlament – red.) seçkisi keçirilir.
Gununsesi.info “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, səsvermə yeni sistemlə keçirilir.
Ölkə 30 dairəyə bölünüb, onların hər birindən parlamentə üç deputat seçiləcək.
Yekun seçici siyahısına 4 milyon 294 min 243 vətəndaş daxil edilib.
Xatırladaq ki, sentyabrın 25-də Qırğızıstan deputatları parlamentin özünü buraxması haqqında qərar qəbul ediblər.












