Qırğızıstanda parlament seçkilərinin tarixi bəlli oldu

  • By admin
  • 29 Avqust 2021 15:41

Qırğızıstanda parlament seçkiləri bu il noyabrın 28-də baş tutacaq.

Müvafiq fərman ölkə prezidenti Sadır Japarov tərəfindən imzalanıb.

Qeyd edək ki, avqustun 27-də Qırğızıstanda parlament islahatını nəzərdə tutan konstitusiya qanunu qüvvəyə minib. Qanuna əsasən, parlamentdəki deputatların sayı 120-dən 90-a endirilib. Onlardan 54-ü proporsional, 36-ı isə majoritar dairələrdən seçiləcək.

Gununsesi.info