Qırğızıstanda Qazaxıstanla bağlı fikir ayrılığı

  • By admin
  • 06 Yanvar 2022 18:11

Qırğızıstan Prezidenti Sadır Japarov Qazaxıstanda baş verən etiraz aksiyalarına görə ölkə parlamentinə müraciət edib.

Gununsesi.info xəbər verir ki, o, “Facebook” səhifəsindən deputatlara müraciət ünvanlayıb.

Prezident Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingenti çərçivəsində qırğızıstanlı hərbçilərin Qazaxıstana göndərilməsinə mane olmamağa çağırıb.

Qeyd edək ki, parlament Qırğızıstan hərbçilərinin Qazaxıstana göndərilməsi məsələsini bu gün müzakirə etməli idi, ancaq yetərsay olmadığı üçün təxirə salınıb.

Gununsesi.info