Qırğızıstanda yeni prezident seçkilərinin keçiriləcəyi vaxt açıqlandı

  • By admin
  • 15 Oktyabr 2020 15:23

Qırğızıstanda prezident seçkiləri Sooronbay Jeenbekovun istefasından üç ay sonra keçirilməlidir.

“İnterfax”ın məlumatına görə, bu barədə Qırğızıstan Mərkəzi Seçki Komissiyasının üzvü Atır Abdraxmatova bildirib.

HTML tutorial

Onun sözlərinə görə, dövlət başçısı vəzifəsini icra etmək səlahiyyətləri spikerə verilir.

Konstitusiyaya görə, prezidentin səlahiyyətlərini həyata keçirən şəxslərin erkən parlament seçkilərini təyin etmək, hökuməti istefaya göndərmək və erkən prezident seçkilərində prezidentliyə namizəd olmaq hüququ yoxdur.

Xatırladaq ki, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov gərginliyin artmaması və qan tökülməməsi üçün cümə axşamı istefa edib. Dövlət başçısının istefa verdiyi gün, demək olar ki, prezident seçildiyi günə (14 oktyabr) təsadüf edib.

 

Gununsesi.info