Qırğızıstanın Narın əyalətində 4,0 bal gücündə zəlzələ baş verib.
Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Narın şəhərindən 50 km cənub-şərqdə yerləşib.
Məlumata əsasən, zəlzələ vilayətin inzibati mərkəzi daxil olmaqla bir sıra yaşayış məntəqələrində hiss olunub. İlkin məlumata görə, dağıntı və zərərçəkən yoxdur.
Gununsesi.info