Qırğızıstanın baş naziri Türkiyəyə rəsmi səfərə gedib

  • By admin
  • 09 Fevral 2024 10:14

Qırğızıstanın baş naziri Akılbek Japarov Türkiyəyə rəsmi səfərə gedib.

Gununsesi.info xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Hökumət başçısını Ankara Esenboğa Beynəlxalq Hava Limanında Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz qarşılayıb.

Bu səfər çərçivəsində Nazirlər Kabinetinin rəhbəri Qırğızıstan-Türkiyə ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 11-ci iclasında, eləcə də Qırğızıstan-Türkiyə biznes forumunun işində iştirak edəcək.

Akılbek Japarov Türkiyənin rəsmi nümayəndələri ilə də görüşəcək, bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olacaq.

Görüşlərin və tədbirlərin nəticələrinə əsasən ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Gununsesi.info