Qırğızıstanın baş naziri Akılbek Japarov fevralın 8-10-da Türkiyəyə rəsmi səfər edəcək.
Gununsesi.info bildirir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Hökumət başçısı Qırğızıstan-Türkiyə ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 11-ci iclasında iştirak edəcək.
Bildirilir ki, səfər çərçivəsində Japarov ölkə rəhbərliyi və Türkiyənin dövlət qurumlarının rəhbərləri ilə görüşəcək, görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq.
“Nazirlər Kabinetinin başçısı Qırğızıstan-Türkiyə biznes forumunda da iştirak edəcək, iri biznes nümayəndələri ilə görüşəcək”, – deyə məlumatda bildirilir.
Sonra o, orta və iri sənaye müəssisələrinin, eləcə də nəqliyyat, tibb və elektron ticarət sahələri üzrə müəssisələrin fəaliyyəti ilə tanış olacaq, sahibkarlıq sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Görüşlərin və müzakirələrin yekunlaşmasından sonra ikitərəfli sənədlərin imzalanacağı gözlənilir.
Gununsesi.info