Qırğızıstanda hərbi helikopter qəzaya uğradı: yaralılar var

  • By admin
  • 09 İyul 2018 12:10

 

Qırğızıstan Hava Müdafiəsi Qüvvələrinin vertolyotu qəzaya uğrayıb.

Gununsesi.info Trend-ə istinadən xəbər verir ki, vertoyot dağlarda xilasetmə işləri apararkən qəza baş verib.

Respublika Fövqəladə Hallar Xidmətinin nümayəndəsi Məhəmməd Svarov faktı təsdiqləyib. Məlumata görə, qəza nəticəsində 4 nəfər xəsarət alıb.

 Qəzanın baş vermə səbəbi ilə bağlı Qırğızıstan Baş Qərargahından bildirilib ki, vertolyot eniş edərkən güclü külək onu yana aşırıb.

Hazırda xəsarət alanların təxliyə edilərək xəstəxanaya çatdırılması istiqmətində iş aparılır.