2005-2010-cu illərdə Qırğızıstan prezidenti olmuş Kurmanbek Bakiyev Kumtor qızıl mədənində korrupsiya faktı ilə bağlı Bişkekin Pervomayski rayon məhkəməsi tərəfindən qiyabi olaraq 10 il müddətinə azadlıqdan məhrum edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Qırğızıstan Ali Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
“Məhkəmənin qərarı ilə Kurmanbek Bakiyev cinayət törətməkdə təqsirli bilinib. O, əmlakı müsadirə olunmaqla və üç il müddətinə dövlət vəzifəsi tutma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum edilib”, – mətbuat xidmətinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, baxılan iş “Kumtor” mədənində korrupsiya faktına aiddir. İş üzrə təqsirləndirilən şəxslər arasında daha bir neçə keçmiş məmur, həmçinin eks-prezidentin kiçik oğlu Maksim Bakiyev də var. Məhkəmə sounncunu əmlakı müsadirə olunmaqla 13 il müddətinə azadlıqdan məhrum edib.
Qeyd edəkək ki, Bakiyev 2010-cu ilin aprelində dövlət çevrilişi nəticəsində devrilib. O, təhlükəsizlik məqsədilə respublikanı tərk edib və hazırda Belarusda yaşayır. Bundan öncə o, qiyabi olaraq əmlakı müsadirə olunmaqla 30 il müddətinə azadlıqdan məhrum edilib. Bişkek Minskdən keçmiş dövlət başçısının ekstradisiyasını dəfələrlə tələb etsə də, hər dəfə rədd cavabı alıb.