Qırğızıstanın keçmiş prezidentləri Akayev və Bakiyev axtarışa verildi

  • By admin
  • 08 İyul 2021 17:51

Qırğızıstanın keçmiş prezidentləri Əsgər Akayev və Kurmanbek Bakiyev Kumtor qızıl yatağının işlənməsində korrupsiyaya hallarına yol verilməsinə görə axtarışa verilib.

“RİA Novosti” bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik məsələləri üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyevə istinadən məlumat verib.

Onun sözlərinə görə, qurumlararası istintaq qrupu tərəfindən Kumtor qızıl yatağının işlənməsi layihəsinin müxtəlif mərhələlərində korrupsiya hallarına yol verilməsi faktları üzrə araşdırma aparılır.