Qırğızıstanın paytaxtı köçürülə bilər

  • By Günel
  • 22 Yanvar 2025 20:27

Qırğızıstanın paytaxtı Bişkekdən köçürülə bilər.

Gununsesi.info xəbər verir ki, bu təkliflə Qırğızıstan deputatı Bakıtbek Maripov çıxış edib.

O qeyd edib ki, paytaxt başqa bir yerə köçürülə və Nazirlər Kabineti də orada yerləşdirilə bilər:

“İssık-Kul vilayətində Asman şəhəri tikilir. Bu layihəyə 10 milyard dollar investisiya cəlb olunur. Bişkekdən dəmir yolunun köçürülməsi üçün 550 milyon dollar tələb edilir. Dolama yolun tikintisi ilə birlikdə isə 1 milyard dollardan çox vəsait lazımdır”.

Deputat paytaxtın köçürülməsi ilə tıxac probleminin də aradan qaldırılacağını vurğulayıb.

Gununsesi.info