Qırğızıstanın sabiq prezidenti məhkəməyə getməkdən imtina etdi

  • By admin
  • 11 Oktyabr 2019 20:06
Almazbek Atambayevin vəkili Sergey Slesarev sabiq prezidentin bu qanunsuzluqlarda iştirak etmək fikrinin olmadığını bildirib.
Məhkəmənin növbəti iclası oktyabrın 14-nə təyin edilib.
Gununsesi.org xatırladır ki, avqustun 7-8-də sabiq prezidentin tutulması üçün keçirilən əməliyyatda hər iki tərəfdən ümumilikdə 136 nəfər yaralanıb, bir xüsusi təyinatlı həlak olub. Çuy vilayətinin Daxili İşlər İdarəsinin rəisi Samat Kurmankulov aldığı yaralardan komaya düşüb, onun müalicəsi davam etdirilir.
Almazbek Atambayev avqustun 8-də hökumət qüvvələrinə təslim olub və həmin gündən Qırğızıstan Dövlət Təhlükəsizliyi Komitəsinin istintaq təcridxanasında saxlanılır. Almazbek Atambayev kütləvi iğtişaşlar törətmək, hökumət qüvvələrinə qarşı güc tətbiq etmə, dövlət çevrilişi, adam öldürmə, korrupsiya, “qanuni oğru” Əziz Butukaevin qanunsuz yolla azadlığa buraxılması, vəzifədən sui-istifadə, torpaq sahəsini qanunsuz əldə etmə və digər maddələrlə ittiham olunur.
Almazbek Atambayev Qırğızıstana 2011-2017-ci illərdə rəhbərlik edib.
Gununsesi.org