Sabah Qırğızıstanın Azərbaycandakı səfirliyində Bişkekdə baş verən aviaqəza ilə əlaqədar xatirə kitabı açılacaq.
Bu barədə Gununsesi.info-ya Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranovməlumat verib.
Onun sözlərinə görə, Qırğızstan prezidentinin sərəncamı ilə xarici ölkələrdəki səfirliklərdə xatirə kitabı açılacaq. “Bu məqsədlə yanvarın 17-də saat 10:00-dan 17:00-dək, yanvarın 18-də isə saat 10:00-dan 14:00-dək Qırğıstanın Azərbaycandakı səfirliyində qəza nəticəsində ölənlərə başsağlığı verilməsi məqsədi ilə xatirə kitabı açılacaq”- deyə, səfir bildirib.
Səfir onu da əlavə etdi ki, artıq bununla bağlı Azərbaycanın Xarici işlər Nazirliyi və digər ölkələrin Azərbaycandakı səfirlikləri məlumatlandırılıb.
Bundan başqa, ölkədə elan edilmiş matəmlə əlaqədar səfirlikdə dövlət bayrağı endirilib.
Xatırladaq ki, Honkonq – Manas reysi üzrə uçuş həyata keçirən Türkiyənin “ACT Airlines” aviaşirkətinə məxsus yük təyyarəsi eniş zamanı görüntü səviyyəsinin aşağı olması səbəbinə görə yaşayış evlərinin üzərinə düşüb. Hadisə nəticəsində 37 nəfər həlak olub.
Mürtəza
Gununsesi.info