Qırıcı təyyarə qəzaya uğradı - ÖLƏN VƏ YARALANANLAR VAR

  • By admin
  • 14 Yanvar 2017 12:50
qirici
Tailandın Hərbi-Hava Qüvvələrinə məxsus  Jas 39C Gripen qırıcı təyyarəsi bu gün səhər saatlarında  Uşaqlar gününə həsr olunmuş aviaşouda qəzaya uğrayıb.
Gununsesi.info Bahgkok Post-a istinadən xəbər verir ki,   qırıcının qəzaya uğraması nəticəsində pilot dünyasını dəyişib.
Qəza Tailınadın Sonqkxala Hatyay  əyalətində baş verib. Qırıcı uçuş-eniş xəttinə yaxın məsafədə manevr edərkən qəzaya uğrayıb . Qəza nəticəsində qırıcı partlayıb. Partlayışdan sonra  bölgədəki hava limanının fəaliyyəti dayandırılıb.  Hüquq-mühafizə orqanları hadisənin səbələrini araşdımaqla məşğuldur. Ölkənin baş naziri hadisə nəticəsində ölən pilotun ailəsinə başsağlığı verib.

https://www.youtube.com/watch?v=zxkT-AGlFsc

Gununsesi.info