Qırmızı Meydanın bağlanma səbəbi açıqlanıb

  • By ilhame
  • 16 Aprel 2024 20:03

Rusiyanın paytaxtı Moskvada yerləşən Qırmızı Meydan mayın 9-da baş tutacaq Qələbə Paradına hazırlıqla əlaqədar ziyarətçilər üçün bağlanıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Simonov bildirib.

 

Qeyd edək ki, teleqram kanallarında polisin meydanı boşaltması, meqafonlarla “Qırmızı Meydan bağlıdır, hamı çıxışa getsin!” deyə səslənmələri haqda məlumatlar paylaşılmışdı.

Gununsesi.info