Qış gəlməmiş Kiyevi tərk edin!

  • Müəllif: Orxan
  • 10 Oktyabr 2026 13:13

Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko sakinlərə qış gəlməmiş şəhəri müvəqqəti tərk etməyi tövsiyə edib.

Gununsesi.info xəbər verir ki, Kliçko Rusiyanın enerji infrastrukturuna hücumları səbəbindən qışda istilik və digər kommunal xidmətlərlə bağlı ciddi problemlərin yarana biləcəyini bildirib.

Mer şəhərdən kənarda qalmaq imkanı olan sakinləri alternativ yaşayış yeri tapmağa çağırıb. O, eyni zamanda Kiyevin mümkün böhran vəziyyətinə hazırlaşdığını qeyd edib.

Gununsesi.info