Qısqanc qadın nişanlısını avtomobillə vurub öldürdü – VİDEO

İngiltərənin Çeşir şəhərində yaşayan 23 yaşlı fəlsəfə tələbəsi Elis Vud ölkədə gündəm mövzusuna çevrilib.

Gununsesi.info xəbər verir ki, keçən il nişanlısı Rayan Uotsonu məkandan çıxaraq maşınla əzərək öldürdüyü məlum olan Vud hakim qarşısına çıxıb.

Bir müddətdir məhkəmə prosesi davam edən Vudla bağlı qərar verilib. Vudun avtomobillə Uotsonu vurduğu anların kamera görüntülərini izləyən hakim gənc qadını qətldə günahkar bilib.

Uotson və Vud hadisədən əvvəl bayıra çıxaraq ad günü partisinə qatılaraq orada əylənərkən görüntülənib. Kadrlarda daha sonra cütlüyün Çeşirdəki evlərinə yola düşərkən dava etməyə başladığı görünür. Nişanlısı Uotsonun başqa qadınlarla flört etməsindən narahat olduğu məlum olan kişi ilə qadın arasında mübahisə böyüyür.

Məkan xaricində təhlükəsizlik kameralarına düşən görüntülərdə gənc qadının daha sonra ağ rəngli minik avtomobili ilə gənci vurmağa çalışdığı görünür. Mançester Universitetində oxuyan Vud bir neçə cəhddən sonra adamı vura bilmir, lakin sonra onu vuraraq yerə yıxır.

Yüngül toqquşmadan sonra 24 yaşlı Uotson ayağa qalxsa da, sonra qəzəbli Vud kişini yenidən vuraraq onu təxminən 160 metr sürüyüb. Hadisə zamanı gəncin dünyasını dəyişdiyi bildirilib.

Məhkəmə Vudu təqsirli bildiyi halda, gənc qadına veriləcək cəzanın bu ayın sonunda müəyyənləşəcəyi açıqlanıb. Britaniya mediası Vudun ömürlük həbs cəzası ala biləcəyini yazıb.

Gununsesi.info