Qısqanclıq zəminində həm döyüldü, həm bıçaqlandı

  • By Mayil
  • 25 Sentyabr 2016 18:57

BICAQ

Ağdamda 39 yaşlı kişi döyüldükdən sonra bıçaqlanıb.

Gununsesi.info-nun APA-nın Qarabağ bürosuna istinadə xəbərinə görə, hadisə rayonun Çıraxlı kəndində qeydə alınıb.

Ağdam Mərkəzi rayon Xəstəxanasından verilən xəbərə görə İsmayılov Elnur Asif oğlu xəstəxanaya daxil olarkən onun  sol üz nahiyəsi və əllərinin üstü kəsilmiş deşilmiş vəziyyətə olub. Hadisə qısqanclıq zəminində baş verib. E. İsmayılovu kənd məzarlığına aparan  bir qrup şəxs onu döydükdən sonra bıçaqlayıb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info