Qiyam cəhdinə görə saxlanılanların sayı 14 minə yaxınlaşdı

  • By admin
  • 24 İyul 2016 10:04

erdogan-1

“Dövlət çevrilişinə cəhddən sonra 13 min 165 nəfər saxlanılıb. Bunlardan 8 min 838 nəfəri əsgər, 2 min 101-nəfəri hakim və prokuror, 1485 nəfəri polis, 52 nəfəri mülki idarə rəisi, 689 nəfəri isə mülki vətəndaşdır”.

Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 23-də xalqa müraciəti zamanı bildirib. O, deyib ki,  5 min 863 nəfər, o cümlədən 123 general, 282 rütbəli polis işçisi, 1559 hakim və prokuror saxlanılaraq həbs edilib: “Hazırda digərlərinin dindirilməsi davam edir”.

Gununsesi.info