Qiymət artımı Azərbaycanda parlament seçkilərinə mənfi təsir etməyəcək – Etibar Əliyev

Milli Məclisin deputatı Etibar Əliyev Azərbaycanda keçirləcək parlament seçkiləri öncəsi Tarif Şurasının verdiyi qərara –yanacağın, avtobus və metroda gediş haqlarının qalxmasına münasibət bildirib.

Gununsesi.info-ya açıqlama verən deputat dünyada mövcud olan qiymətartımı təcrübəsindən danışıb:“Qiymət artımı nümunəsi bütün dünyada mövcuddur. Bəzən belə olur ki, qiymətlər uzun müddət sabit qalır. Dünya dəyişir, dünya iqtisadiyyatı dəyişir, biz də dünyanın bir parçasıyıq. Hesab edirəm ki, verilən qərarlar anlaşıqla qəbul olunmalıdır”.

Tarif Şurasının qərarının Azərbaycanda keçiriləcək parlament seçilərinə təsir edib-etməməsi sualını deputat belə şərh edib: “Hesab edirəm ki, Tarif Şurasının bu qərarı- qiymət artımı qarşıdan gələn parlament seçkilərinə heç bir təsir göstərməyəcək. Verilmiş qərarların nəticəsi iqtisadi qaydalarla tənzimlənəcək. Ererji mənbələrinin qiymət artımının müəyyən obyektiv və subyektiv səbəbləri var. Düşünürəm ki, əmək haqları və pensiyaların artırlması istiqamətində də müsbətə doğru dəyişikliklər olacaq”.

 

 

 

Ceyhun Alışlı

Gununsesi.info