XƏBƏR LENTİ

23 İyul 2017

17 İyul 2017 - 10:56

“Qiymət artımını benzinin bahalaşması ilə əsaslandırmaq düzgün deyil”- İLHAM ŞABAN

ilham-shaban

“Aİ-92 markalı benzinin qiymətinin artması ilə bağlı yazılır ki, bunun ardıncaərzağın, xidmət sektorunun, ictimai nəqliyyatın və kommunal xidmətlərin dəartımı qaçılmazdır. Ola bilər ki, adı çəkilən sahələrdə qiymət artımı müəyyən müddətdən sonra baş versin. Ancaq bunu Ai-92 markalı benzinin qiymətlərinin 28.57% artımı ilə bağlamaq və əsaslandırmaq düzgün deyil”. 

Gununsesi.info bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirir.

İ.Şabanın fikrinci, benzinin bahalaşması ilə əmtəə mallara arasında bu və ya digər şəkildə hansısa hiss ediləcək bağlılıq yoxdur: “Bu cür informasiyaların qaynaqlanması çox güman ki, yanacağın əvvəlki artımlarında müşahidə edilən qiymət ajiotajlarının təsüratı ilə əlaqədardır. İndiki halda isə vəziyyət bir qədər fərqlidir. Ona görə ki, hökumət dizel yanacağının qiymətini əvvəlki kimi saxlayıb.Dizel yanacağı ilə isə ictimai nəqliyyat (daha müasir avtobuslar isə 2015-ci ildən sıxılmış qazla – CNG ilə işləyir), şəhərlərarası nəqliyyat, demək olar ki, bütün kommersiya nəqliyyatı (həm minik, həm xidmət, həm də yükdaşıma) işləyir. Beləolan halda kimsə Aİ-92 markalı benzinin qiymətinin artımını əsas gətirib tutaq ki, qarpızın, kartofun və ya Bakıdan Gəncəyə avtobusla gediş haqqının qiymətini artıracağını müştəriyə və dövlət orqanlarına izah edə bilərmi? Təbii ki, yox!. Onda bazarlarda qiymət artımı haqda ajiotaj yaratmağa nə ehtiyac var?”

Ekspertin sözlərinə görə, İqtisadiyyat Nazirliyinin müvafiq qurumları öz vəzifəborclarını yerinə yetirməli, hadisələrin axırında deyil, əvvəlində getməlidirlər ki, ortaya çıxan hər hansı süni problemlər yerindəcə həllini tapmış olsun.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının 2017-ci ilin 14 iyul tarixində keçirilmişnövbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satışqiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Tarif (qiymət)Şurasının iclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.

Vüsalə Rüstəmova

Gununsesi.info





loading...
Loading...