ABŞ-da inflyasiyanın tempi ilə bağlı ötənilki şərhlərimdə səhvlərə yol vermişəm.
Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Canet Yellen deyib.
O, iqtisadiyyatda enerji və ərzaq qiymətlərinin gözlənilməz şəkildə artdığını, böyük şoklar yaşandığını bildirib:
“Bu prosesləri tam olaraq anlamadım. İnflyasiyanın gedişatı ilə bağlı yanıldım. İnflyasiya ABŞ prezidenti üçün başlıca məsələlərdəndir. Bayden FES-in inflyasiyanı endirmə hədəfini dəstəkləyir və bankın müstəqil olduğuna inanır. İnflyasiya çox yüksəkdir, enməlidir”.
Gununsesi.info