Qiymətlər sürətlə artır

  • By admin
  • 19 Sentyabr 2016 10:05

erzaq

2016-cı ilin yanvar-avqust aylarında istehlak məhsulları və xidmətlər ötən ilin eyni dövrünə nisbətən 10.8 faiz bahalaşıb.

Gununsesi.info xəbər verir ki, Dövlət Statistika Komitəsinin (DSK) məlumatında belə deyilir.

Məlumatda qeyd edilir ki, ərzaq məhsullarının qiymətləri 12.2, qeyri-ərzaq məhsullarının qiymətləri 15.6, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri də 4.9 faiz artıb.

«Avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0.5 faiz artıb. Ərzaq məhsulları 0.6, qeyri-ərzaq məhsulları 0.5, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0.4 faiz bahalaşıb»,-deyə məlumatda qeyd edilir.

Gununsesi.info