Qiymətlərin artımı qaçılmazdır

  • By admin
  • 02 Sentyabr 2016 13:00
samir-
“Azərbaycanda qiymətlərin artımı qaçılmazdır”.
 Bunu Gununsesi.info-ya  açıqlamasında ekspert Samir Əliyev deyib.
Onun sözlərinə görə,  Azərbaycanda manat ucuzlaşdıqca, əvəzində dollar bahalaşdıqca  müxtəlif məhsulların qiymət artımının şahidi olacağıq və bu, qaşılmaz prosesidr. “Çünki ölkəyə idxalatın yüksək səviyyədə olması qiymət artımına təsir edir. Onsuz da qiymət artım gedir. Hələ yay mövsümü olduğundan qiymət artımı sürətlə getmir. Ancaq payız və qış mövsümündə bunun şahidi olacağıq. Digər məqam isə ondan ibarətdir ki, dollar  getdikcə bahalaşır və bu da təbii olaraq qiymət artımına öz təsirini göstərəcək”- deyə, ekspert bildirib.
Mürtəza 
Gununsesi.info