Qız qaçıranlar tutuldular

  • By admin
  • 14 İyun 2018 12:50
Картинки по запросу Qız qaçıranlar
Ağdaş rayonunda adam oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Gununsesi.info-nun DİN-ə istinadən verdiyi xəbərə görə, iyunun 12-də Ağdaş rayonunun Korarx kəndinin ərazisində rayon sakini Rövşən Xəlilov Maqsud Mustafayevlə birgə həmkəndlisi C.Abdullayevanı oğurlayıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. R.Xəlilov və M.Mustafayev saxlanılıblar. RPŞ-də araşdırma aparılır.