“Qızdırma, öskürək hamıda “mən yoluxmuşam” qorxusu yaradır” - NADİR ZEYNALOV / VİDEO

“Özünü pis hiss edən insan təcili tibbi yardıma müraciət etmədən öncə sahə həkiminə müraciət etməlidir”.

Gununsesi.org-un verdiyi xəbərə görə, bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib.

O bildirib ki, qızdırma, öskürək ola bilər, bu simptomlar hamıda “mən koronavirusa yoluxmuşam” qorxusu yaradır: “Poliklinika və ya sahə həkimi bəzi suallar verərək onun koronavirus olub-olmadığı haqda ilkin diaqnoz qoya bilər. Ehtiyac olduqda, onlardan evdə nümunə götürüləcək”.

 

Gununsesi.org