Qızı Elxan Qasımovun son durumunu açıqladı

“Kinorejissor, Əməkdar artist Elxan Qasımovun səhhətində nisbətən irəliləyiş var”.

Bu barədə Gununsesi.info -ya kinorejissorun qızı məlumat verib.

Onun sözlərinə görə, Elxan Qasımov hələ də reanimasiyadadır:

“Dializ olunur, qan köçürülür. Çoxlu qan itirib”.

Qeyd edək ki, bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Əməkdar artist Elxan Qasımov mayın 9-da əməliyyat olunub. Elxan Qasımova aorta anevrizmasının partlaması diaqnozu qoyulub. O, hazırda özəl xəstəxanaların birində reanimasiyadadır.

 

 

Gununsesi.info