Qızı Gülayın oxumağını bəyənmir - "ATA ANAYA HƏDİYYƏ ALIB"

  • By admin
  • 09 İyun 2017 16:06

kamil-i-gulay-zeynalli

Müğənni Gülay Zeynallı “Hər şey daxil” verilişinin qonağı olub. 

Gununsesi.info-nun verdiyi məlumata görə, proqram zamanı sənətçinin qızı Sahilədən süjet yayımlanıb.

Qızı sabah ad günü olacaq anası haqqında bunları deyib:

“Anama sürpriz edəcəyik. Ona tort alacağıq. Mən atama, anama və nənəmə oxşayıram. Anamı heç əsəbiləşdirmirəm. Ata anaya hədiyyə alıb, sürpriz edəcək. Sırğa alıb. Anam toyda oxuyandı. Amma onun oxumağını bəyənmirəm”.

Qeyd edək ki, Gülay idmançı Kamil Zeynallı ilə ailəlidir.

Gununsesi.info