Qızıl dükanının sahibi anasını qətlə yetirməkdə təqsirləndirilən qız özünü təqsirli bildi

  • By admin
  • 23 Sentyabr 2016 13:28

1423748609_mehkeme-2

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasının qətlində təqsirləndirilən – Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən qapalı prosesdə prokuror ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslər ittiham aktına münasibət bildiriblər. G. Hüseynova özünü qismən təqsirli bildiyini deyib.

Ceyhun Əsgərov da özünü təqsirli bildiyini açıqlayıb. Nicat Eyvazov isə özünü təqsirli bilmədiyini deyib.

Proses sentyabrın 30-da davam etdiriləcək.

Gununsesi.info