Qızıl hasilatı 5 dəfə, gümüş isə 3 dəfə artıb.

  • By admin
  • 18 Aprel 2018 16:25

 

Azərbaycanda bu ilin birinci rübündə qiymətli metalların istehsalı 4.7 dəfə artıb.

Gununsesi.info bunu Dövlət Statistika Komitəsinə istindən xəbər verir.

Məlumata görə, istehsal olunan qiymətli metal filizlərinin həcmi 1701 kq olub. Onun 1480 kq qızıl, 221.2  kq isə gümüşdür.  Qızıl istehsalı 5.1 dəfə, gümüş isə 3 dəfə artıb.

Mis filizlərinin istehsalı isə əksinə 38 faiz azalıb. Belə ki, bu ilin birinci rübündə 255 ton mis və konsentratları hasil olunub.

Vüsalə

Gununsesi.info