Qızıl mədəni çökdü – 70 nəfər ölüb

  • By admin
  • 25 Yanvar 2024 11:23

Malidə qeyri-qanuni fəaliyyət göstərən qızıl mədəninin çökməsi nəticəsində azı 70 nəfərin öldüyü məlum olub.

Gununsesi.info-nun məlumatına görə, ölkənin mədən müdirliyinin yüksək vəzifəli rəsmisi bildirib ki, Koulikoro bölgəsinin cənub-qərbindəki Kanqaba rayonunda qeyri-qanuni fəaliyyət göstərən qızıl mədəni çöküb.

Rəsmi hadisə nəticəsində ən azı 70 nəfərin həyatını itirdiyini və axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edib.

Afrikanın üçüncü ən böyük qızıl istehsalçısı olan Malidə qeyri-qanuni mədən fəaliyyətlərində belə qəzalar tez-tez baş verir.

Gununsesi.info