“Qızıl medalı qazanmaq heç də asan olmadı” - Bakı Qran-prisinin qalibi Milad Beigi Harçeqani

  • By admin
  • 10 Dekabr 2016 10:11

milad

Bakı Qran-prisində finala yüksəlmək və turnirin qızıl medalçısı olmaq heç də asan olmadı. Bu, düzgün məşq və hazırlıq prosesinin nəticəsidir.

Gununsesi.info-nun məlumatına görə, bu sözləri  taekvando üzrə Azərbaycan yığmasının üzvü – Bakı Qran-prisinin qalibi Milad Beigi Harçeqani söyləyib.

Mükafatlandırma mərasimi sonrası fikilərini bölüşən M.Harçeqanı qızıl medal qazanmasında əməyi keçən hər kəsə minnətdarlığını bildirərək deyib: “Biz bu yarışa yaxşı hazırlaşmışdıq. Üzərimdə əməyi olan hər kəsə, xüsusən də məşqçimə təşəkkür edirəm”.

Taekvandoçumuz vurğulayıb ki, qarşıdan gələn turnirlərdə və eləcə də Bakıda keçiriləcək IV İslam Həyrəylik Oyunlarında da mükafat qazanmaq üçün bütün gücünü səfərbər edəcək.

Gununsesi.info