Qızıl medallar almış istedadlı gənc pulsuzluğa görə tibb təhsilini yarımçıq saxlayıb –Kömək üçün müraciət etdi

  • By admin
  • 28 İyun 2022 09:17
Azərbaycanın istedadlı bir övladı maddi vəziyyət ucbatından xaricdə qəbul olunduğu ali məktəbdə oxumağa gedə bilmir. 
Gununsesi.info Azpost.info-ya istinadən bildirir ki, öz problemi haqqında Ranal Qurbanov müraciət edib.
O qeyd edib ki, Azərbaycanı Beynəlxalq Fənn Olimpiadalarında Biologiya fənni üzrə 70-ə yaxın ölkə arasında təmsil edib. Respublika Olimpiadalarında medallar qazanıb. Ölkə birincisi olub.
2020-ci ildə 31-ci Beynəlxalq Biologiya Olimpiadasnda gumus medal, 2021-ci Qızıl medal alıb.
2019-cu ildə Respublika Fənn Olimpiadasında burunc medal, 2021-ci ildə Qızıl medal və Birincilərin Birincisi” mükafatını qazanıb.
22 Avropa və Avrasiya dövlətindən 35 min şagirdin qatıldığı, ABŞ Səfirliyitərəfindən həyata keçirilen Gələcəyin Liderləri” Mubadilə Programı (FLEX) qazanaraq 1 il Amerika da tehsil alma sansı qazanıb.
Amerikada bütün dərsləri ingilis dilində almışam.  Turkiyənin bir nece tibb universitetinden qebul almisam: Gazi, Gulhane, Acibadem, Koc tibb fakulteleri. Men kecən ilden Gazi Universiteti Tibb fakuktesinə qebul olmuşam. Qeydiyyatdan keçib universitet təhsilimi dondurmusam. Ailəmin təhsilimi davam etdirmək üçün maddi imkanı çatmır. Gazi universitesi Azerbaycandan yalniz 2 nəfəri tibb fakultəsinə qebul edir. Mənim beynəlxalq olimpiadalardan olan nəticələrimi nəzərə alıb qebul verdiler. Amma təəssüf ki illik odenisi qarsilmagimiz cox cetin oldugu ucun təhsilimə başlaya bilmədim.
Sizdən cox xahis edirəm, mənə ali təhslimi davam etdirmək üçün yardım edəsiniz”-deyə Ranal Qurbanov yazıb.
Qəribədir ki, Ranal Xaricdə təhsil üzrə təqaüd proqramına müraciət etsə də ona rədd cavabı verilib.  Cavab isə əcaibdir. Bildirilib ki, 2022-26-cı illər üçün nəzərdə tutulan Dövlət Proqramında tibb ixtisası prioritet olmadığından Ranal Qurbanova kömək edə bilməyəcəklər.
Belə bir istedalı uşağın təhslidən kənarda qalmasına imkan vermək olmaz. Ümid edirik ki, Təhsil Nazirliyi, əlaqadar təşkilatlar, sponsorlar öz yardımını göstərəcəklər.
Gununsesi.info