Qızıl sırğa oğurlamaq istəyərkən tutuldu

  • By admin
  • 22 İyun 2019 14:21

Səbail rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birindəki qızıl satışı şöbəsindən 235 manat dəyərində qızıl sırğanı oğurlamağa cəhd göstərmiş şəxs saxlanılıb.

Gununsesi.org “Qafqazinfo”ya istinadən bildirir ki, 9-cu Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini Əjdər Bəşirov olduğu müəyyən edilib.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun cari il aprel ayının 4-də həmin ticarət mərkəzinin digər qızıl satışı şöbəsindən 330 manat dəyərində qızıl sırğa oğurlaması da aşkarlanıb.

Araşdırma aparılır.

Gununsesi.org