
Böyük Britaniya hüquq mühafizə orqanları əməkdaşları Uinston Çörçillin anadan olduğu Bleyneym sarayından qızıl unitazı oğurlayan iki kişini saxlayıb. Gununsesi.org-un məlumatına görə, bu barədə “İTV News” xəbər verib.
Cinayəti törədən şəxslərin 66 və 36 yaşları olduğu bildirilir. Unitazın özü hələ tapılmayıb.
“Amerika” adlı təmiz qızıldan olan unitazın qiyməti 1 milyon dollardan çox təşkil edir.
Xatırladaq ki, daha əvvəl unitaz Nyu-Yorkun Quttenhaym muzeyində nümayiş olunub.
Gununsesi.org