“Qızıl Xaç” Azərbaycanda saxlanılan ermənilərə baş çəkdi

  • By admin
  • 03 Noyabr 2022 14:24

“Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycanda saxlanılan Ermənistan vətəndaşlarına, erməni əslli şəxslərə baş çəkib”.

Bunu Publika.az-a açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) sözçüsü İlahə Hüseynova deyib.

BQXK sözçüsü bildirib ki, qurum, başçəkmə zamanı Beynəlxalq Qızıl Xaç Komitəsinin mandatına uyğun olaraq onların saxlanma şəraitini qiymətləndirir:

“Eyni zamanda, onlarla rəftarın qiymətləndirilməsini aparır. Həmçinin həmin şəxslərə ailələri ilə əlaqə yaratmaq üçün şərait yaradır. Saxlanılan şəxslər “Qızıl Xaç” məktubları, telefon zəngi və videomesajlarla ailələri ilə əlaqə saxlaya bilərlər”.

İlahə Hüseynova son başçəkmə prosesində saxlanılan şəxslərdən neçəsinin ailəsi ilə əlaqə saxladığını açıqlamayıb.

Gununsesi.info