“Qızıl Xaç” bir qrup ermənini Xankəndindən çıxarıb

  • By admin
  • 12 Yanvar 2023 10:08

Ekoaksiyanın iştirakçıları yanvarın 12-də səhər Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar.

Gununsesi.info xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən BQXK-yə məxsus beş avtomobilin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.

Qeyd edək ki, bu, Laçın-Xankəndi yolunda humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.

Mətləb