Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ukraynanın mühasirədə olan Mariupol şəhərinə çatmaq üçün yeni cəhdləri uğursuzluğa düçar olub.
Gununsesi.info xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsindən bu barədə CNN-ə bildirilib.
“Təhlükəsizlik şərtlərinə görə komandamız bu gün Mariupola çata bilməyib”, – deyə bəyanatda bildiriblər.
Xatırladaq ki, komanda çox ehtiyac duyulan humanitar yardımı təmin etmək və Rusiya bombardmanının əsas hədəfi olan şəhərdə mülki əhalinin təxliyəsini asanlaşdırmaq üçün şənbə günündən şəhərə girməyə çalışır.
Gununsesi.info