Qızıl xeyli ucuzlaşıb

Qızıl xeyli ucuzlaşıb

Amerika fond bazarında “Dow Jones” indeksi  0,08% – 25 219,38 bəndədək,  “S&P 500” 0,04% – 2 732,22 bəndədək artıb, NASDAQ isə 0,23% – 7 239,47 bəndədək ucuzlaşıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Avropa fond bazarlarında “FTSE 100” indeksi 0,64% – 7 247,66 bəndədək, Almaniya DAX-I  0,53% – 12 385,60 bəndədək, Fransa CAC-40-ı isə 0,53% – 5 256,18 bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 12,70 dollar ucuzlaşaraq 1 343,50 dollara, gümüşün unsiyasının qiyməti 0,18 dollar ucuzlaşaraq 16,53 dollara satılıb.

Gununsesi.info

COMMENTS