
Amerika fond bazarında Dow Jones indeksi 0,61% – 18 339,24 bəndədək, S&P 500 0,53% – 2 171,37 bəndədək, NASDAQ 0,24% – 5 318,55 bəndədək artıb.
Gununsesi.info xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,61% – 6 849,38 bəndədək, Almaniya DAX-ı 0,74% – 10 438,34 bəndədək, Fransa CAC-40-ı 0,77% – 4 432,45 bəndədək bahalaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 3,80 dollar bahalaşaraq 1 327,50 dollara, gümüş isə 0,18 dollar bahalaşaraq 19,31 dollara satılıb.
Gununsesi.info