Qızılcaya yoluxma artır – TƏBİB-dən həyəcan təbili

  • By admin
  • 01 Dekabr 2023 15:00

Hazırda Azərbaycan ərazisində qızılcaya yoluxma sayında artım müşahidə olunur.

Gununsesi.info xəbər verir ki, bu barədə TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova məlumat verib.

TƏBİB rəsmisi deyib ki, yoluxma hallarının artmasına səbəb COVID-19 pandemiyası zamanı uşaqların peyvənddən kənar qalmasıdır.

O vurğulayıb ki, virus xəstəliklərindən qorunmağın ən effektiv yolu peyvəndlənmədir: “Koronavirus pandemiyasını da buna misal çəkmək olar. Peyvənd olunan şəxslər virusa yoluxsa da, bunu yüngül keçirə bilər. Qızılca peyvəndinə əks göstəriş olan hallar da var”.

Gununsesi.info