“Son aylar ərzində təhsil müəssisələrində yoluxmaları izləyirik”.
Gununsesi.info xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev deyib.
“Ümumtəhsil müəssisələrinin fəaliyyətinin dayandırılması və ya distant təhsilə keçirilməsi məqsədəuyğun deyil. Peyvəndləmənin sayı dəyişmirsə, məktəbləri bağlayıb sonra açmağın mənası yoxdur. Hazırda müşahidə etdiyimiz vəziyyət hardasa 7-10 il əvvəlki davranışların nəticəsidir. Uşaqlar vaxtında peyvənd olunmadığı üçün indi belə fəsadlar ortaya çıxır”.
Gununsesi.info