Qızılın qiyməti 7 illik rekordu yenilədi

  • By admin
  • 19 Fevral 2020 22:11

Dünya bazarında qızılın 1 unsiyasının qiyməti 7 illik fasilədən sonra ilk dəfə 1 600 ABŞ dollarını keçib.

Gununsesi.org bu barədə “TASS” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bu gün əmtəə birjalarında qiymətli metal 1610,5 ABŞ dollarına qədər bahalaşıb.

Qiymətli metallar investorların koronavirusun yayılmasının dünya iqtisadiyyatına əhəmiyyətli dərəcədə mənfi təsir göstərəcəyinin narahatlığı fonunda bahalaşır.

 

 

Gununsesi.org