Qızılın qiyməti tarixi maksimumunu yenilədi

  • Müəllif: Firuzə
  • 23 Sentyabr 2025 13:19

“Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabr ayı üçün qızıl füçerslərinin qiyməti tarixi maksimumunu yeniləyib və hər Trua unsiyası üçün 3 800 ABŞ dolları göstəricisini keçib.

Gununsesi.info-nun TASS-a istinadən xəbərinə görə, bunu ticarət məlumatları göstərir.

Bakı vaxtı ilə saat 12:38-ə olan məlumata görə, qiymətli metalın qiyməti bir Trua unsiyası üçün 3 800.3 dollar təşkil edib (0.51% artım). Bakı vaxtı ilə saat 12:43-ə olan məlumata görə, qızılın qiyməti artımını sürətləndirib və bir Trua unsiyası üçün 3 803.8 dollar (0.61% artım) dəyərində alqı-satqı edilib.

 

Gununsesi.info