Qızım kimi seçsə, yeddi arxada qalanlarını araşdıracam  - Roza Zərgərli

  • By admin
  • 13 Sentyabr 2021 14:40

Qızım kimi seçsə, yeddi arxada qalanlarını araşdıracam. Zamanında valideynlərim mənim üçün seçdilər, mənə soruşmadan verdilər. 5 ildən sonra boşandıq. Ailə, gen mənim üçün önəmlidir. Corc (övladlığa götürdüyü oğlu – red.), Bənövşə kimi seçsə, baxacam. Onlarla söhbətimiz olacaq. Mental dəyərlər mənim üçün önəmlidir.

Gununsesi.info xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli “Üzə-düz” verilişində deyib.

R.Zərgərli ayrıldığı həyat yoldaşının xəyanətindən danışıb: “Qadın heç vaxt məğlub olmur. Pişik kimidir, onu çırp yerə ayağı üstündə duracaq. Mənə dedilər ki, yoldaşım xəyanət etdi, boşandı. Onu boş buraxdım deyə, xəyanət etdi. Kişi mənimdirsə, mənimdir. Getdisə, getsin. Mənə deyirdilər ki, ərin xəyanət etsə, özünü öldürərsən. Amma gördülər ki, yox. Qısqanc deyiləm, hər zaman deyirdim ki, ömrümdən kəs ona ver. Əgər sən bunu itirdinsə, sən itirdin. Kimsə xəyanət edirsə, özünü və sevdiyini itirir. Qadın izin verərsə, kişi xəyanət edər. Buraxdım ki, görüm nə olacaq? Xəyanəti bağışlamışam, amma sonuncuda olmadı”.

Gununsesi.info