Qızına cehiz alıb pulunu verə bilməyən qadının məhkəməsi başladı

  • By admin
  • 31 Mart 2017 15:39
mehkeme
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şöhrət Amanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 
Gununsesi.info xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrlik etdiyi iclasda Ş. Amanovanın qızı Lalə Əliyeva şahid qismində ifadə verib. O, anasının əməllərindən xəbəri olmadığını, ona alınan cehizin pulun sonradan imkanları olmadığı üçün verə bilmədiyini deyib.
İclasda Ş. Amanova əlavə şahidlərin çağırılıb dindirilməsi haqqında vəsatət verib. Məhkəmə vəsatəti təmin edib.
Proses aprelin 12-də davam edəcək.
Qeyd edək ki, Ş. Amanova bir sıra şəxslərdən qızına cehiz, geyim alıb. Soradan pulu verməyib. Mal sahiblərinin şikayəti əsasında onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli-miqdarda dələduzluq ) maddəsi ilə cinayət işi başlanılıb.
Gununsesi.info