Qızını ailə qurmağa məcbur edən valideyin cinayətkardır - KOMİTƏ SƏDRİ

  • By admin
  • 18 Noyabr 2016 12:36
hicran 
“Əgər bu gün ata qızını ailə qurmağa məcbur edirsə artıq o, cinayət məsuliyyəti daşıyır”.
Gununsesi.info xəbər verir ki, bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova  18 noyabr “Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi günü” ilə əlaqədar tə.kil olunan tədbirdə deyib.
Komitə sədrinin sözlərinə görə, bu gün komitəni narahat edən məsələlərdən biri də valideyn-övlad  arasında olan münasibətlərdir: “Bu münasibətlər bəzən düzgün qurulmur və onlar bir-birilərini başa düşmürlər. Ona görə də valideyn məsuliyyətinin artırılması ilə bağlı qanunvericilikdə də dəyişiklər olmalıdır”.
Komitə sədri əlavə edib ki, əgər bu gün ata qızını ailə qurmağa məcbur edirsə artıq o, cinayət məsuliyyəti daşıyır.  “Bununla yanaşı o həm də  qanunvericiliyi pozur. Bəzən valideynlər belə fikirlərləşirlər ki, uşaq özümündür və kimə, hansı ailəyə istəsəm verə bilərəm. Bu fikirlər tamamilə yanlışdır”- deyə, o əlavə edib.
O bildirib ki, bu günkü uşaq, yeniyetmə bizim gələcəyimizdir və onlar cəmiyyətin bir üzvüdür. “Odur ki, bu gün bəzi övladların valideynləri tərəfindən məcburi, erkən yaşda ailə qurmağa sövq edilməsi gələcəkdə xəstə uşaqların doğulması, sonradan ailələrin dağılması və digər mənfi hallarla nəticələnir”.
Mürtəza
Gununsesi.info