Qızını itirən müğənni:  "Balamı xilas edə bilmədim"

  • By admin
  • 08 İyul 2017 15:45

pervin_letifov
Bu gün “Azəri star” yarışmasından sonra məşhurlaşan müğənni Pərvin Lətifov ağır itki ilə üzləşib. Onun 5 yaşlı qızı dünyasını dəyişib.

Yeniçağ.az-a gözyaşları içində açıqlama verən müğənni bunları deyib:

“Ürəyi xəstə idi. 5 ildir ki, müalicə edirdik. Həkimlər deyirdi, sağalacaq. Amma onu xilas edə bilmədim”.

Xatırladaq ki, Pərvin Lətifovun iki qızı vardı. Dünyasını dəyişən körpə onun ilk övladı idi. Allah rəhmət eləsin.

Gununsesi.info