Qızlar hələ də ixtisas seçimini özləri edə bilmir - Fazil Mustafa

Məişət zorakılığının azaldılmasını yox, minumuma endirilməsinə nail olmalıyıq.

 

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Fazil Mustafa bildirib.

 

“Biz fəxrlə bildiririk ki, şərqdə ilk olaraq qadınlara səsvermə hüququnu verən ölkəyik. Amma görürük ki, biz ölkədə hələ də qızlara ixtisas seçməsini, təhsil almasını onların özlərinə bağlaya bilmirik. Eyni zamanda xaricdə təhsil almaq istəyən istedadlı qızın taleyi valideynin iradəsinə bağlıdır. Valideyn icazə verməsə, o, Bakıda qalacaq. Belə insanların olmasının səbəbləri müxtəlifdir. Bundan başqa, qadınlarımız üçün bütün rayonlarda reabilitasiya mərkəzləri yaradılmalıdır. Həmçinin mentalitetimiz dəyişməlidir. Mentalitetimiz icazə vermir ki, qadınlarımız rayonlarda reabilitasiya mərkəzlərində qalsın. Əgər orada qalsa, qadınlarımız sonradan öz statusunu necə bərpa edəcək deyə düşünür”,- deyə o bildirib.

 

 

Gununsesi.info